Niderland çempionatında 19-cu tur başa çatıb. Paytaxtda keçirilən son oyunda “Ayaks” azarkeşlərini sevindirib. Amsterdam klubu ardıcıl 4-cü qələbəsini qazanmaqla lisderliyini bir qədər də möhkəmləndirib.

“Ayaks” futbolçuları “Yohan Kroyf Arena”da “Villem II”ni qəbul ediblər. Qolsuz başa çatan ilk hissədə hesab 51-ci dəqiqədə açılıb. Devi Klassen Amsterdam klubunun ilk qolunu vurub. 62-ci dəqiqədə tarazlıq bərpa olunub. Vangelis Pavlidis qapını dəqiq nişan alıb. Amma qalan vaxt ərzində meydan sahibləri 2 qol vurmağa nail olublar. Əvvəlcə Brayan Brobbi, ardınca isə Duşan Tadiç fərqlənib: Ayaks – Villem II 3:1. Ardıcıl 4-cü qələbəsini qazanan paytaxt klubu 47 xalla 1-ci pillədə qərarlaşıb. “Ayaks” ən yaxın izləyicisi PSV-ni 4 xal qabaqlayır.